5793
09:34
06 Fevral 2020

"Paltarımı hədiyyə edirəm, necə sevinirlər” - Şəbnəm Tovuzlu

Müğənni Şəbnəm Tovuzlu həmkarlarından danışıb. Lent.az -ın məlumatına görə, ifaçı “Show news” verilişində deyib ki, bəzi müğənnilər pərəstişkarları ilə yaxşı davranmır:

“Əsl sənətkar, xalq düşünən insan heç bir zaman insanlara qarşı burnu dik olmamalıdır. Ona görə də bəzilərinin hərəkətlərini heç sevmirəm. Bəziləri özünü ulduz sayır. Mən ulduzam, telefona cavab verməməliyəm deyirlər. Bu ulduzluq deyil. Ulduzluq odur ki, sıravi insanlara sevgini bildirəsən. Elələri var ki, adi insanlara pis yanaşırlar. Bəzi pərəstişkarlarım mənim geyimlərimi bəyəndiklərini yazırlar. Elələri var ki, onlara paltarımı hədiyyə edirəm. Necə sevinirlər”.