3369
13:17
06 Fevral 2020

Avtovağzalda oğurluq edən qardaşlar tutuldu

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağında avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, fevralın 2-də Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini M.Babayeva bu il yanvarın 29-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağından oğluna məxsus “Mercedes” markalı avtomobilin qaçırılmasını və fevralın 2-də həmin yerə qaytarılmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdam rayon sakinləri olan 2 qardaş – T.Cəfərov və E.Cəfərov müəyyən edilərək saxlanılıblar.