13301
15:25
06 Fevral 2020

“Apasport” Renat Dadaşovun vətəndaşlığını "qaytardı"

İngiltərənin “Vulverhempton” klubunun Avropa Liqası üçün UEFA-ya təqdim etdiyi iştirak ərizəsində yer alan Renat Dadaşovun vətəndaşlığı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu öncə almaniyalı kimi göstərilib.

Bu, onunla ehtimal olunurdu ki, hücumçu Almaniyada doğulub və bu ölkənin aşağı yaş qruplarından ibarət millilərində oynayıb.

Apasport.az saytı həm UEFA, həm AFFA ilə əlaqə saxlayıb məsələnin nə ilə bağlı olduğunu araşdırmağa cəhd edib. Sonuncular məşğul olduqlarını əsas gətirərək məsələyə münasibət bildirməkdən boyun qaçırıblar.

AFFA-dan fərqli, UEFA məsələyə daha həssas yanaşıb. Qitə futbol qurumu sorğumuza cavab olaraq, yanlışlığı aradan qaldırıb: “Bu barədə bizi məlumatlandırdığınız üçün təşəkkür edirik. Bu məlumat dəyişdirilib və yenilənib”.

Beləliklə, Apasport.az futbolumuzla bağlı UEFA-dakı yanlışlığı aradan qaldırmağa nail olub.