15535
16:49
06 Fevral 2020

Bakıda maşının vurduğu gənc 75 gün sonra öldü

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb. Ötən il noyabrın 23-də yolu keçmək istəyən piyada, Hacıqabul rayon sakini, 27 yaşlı Xanlarov Elman Əlimurad oğlunu avtomobil vurub.

E. Xanlarov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.
E. Xanlarov uzun müddət komada qalmasına baxmayaraq, bu gün günorta saatlarında vəfat edib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.