17701
16:54
06 Fevral 2020

İstanbulda yaralanan azərbaycanlı ilə bağlı YENİ XƏBƏR

İstanbul Sabiha Gökçen hava limanında sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada bir nəfər Azərbaycan əsilli Qazaxıstan vətəndaşı xəsarət alıb.

Bu barədə APA -nın yerli bürosuna Qazaxıstanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxsin səhhəti yaxşıdır.

Xatırladaq ki, dünən İstanbul Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb.