14758
13:21
11 Fevral 2020

Baloğlan Əşrəfov xanımı və övladları barədə NƏLƏR DEMƏDİ - VİDEO

Əməkdar artist Baloğlan Əşrəfov xanımı və 4 övladı barədə danışıb. Lent.az -a açıqlama verən müğənni bildirib ki, heç bir zaman uşaqlarının seçimlərinə müdaxilə etməyib:

“Müğənnilərin bəzilərinin ailə həyatı o qədər də sabit olmur. Mənə bu barədə özümlə bağlı sual versəniz, çox şeylər deyə bilərəm. Adətən müğənniləri ona yaxın olan insanlardan soruşmaq lazımdır. Stabil ailəm, 2 qızım və 2 oğlum, nəvələrim var. Övladlarım ali savadlıdırlar. Evdə hamı mənə hörmət edir. Xalq artisti adı almaq üçün, cəmiyyətə davranışı, ailəsi ilə nümunə olmaq lazımdır. Övladlarım ailə quranda onların seçiminə hörmətlə yanaşdım. Heç bir zaman onların zövqünün əksinə getməmişəm. Ürəyi necə istəyir, elə də olmalıdır. Ciddi müqavimət olmamalıdır. Özüm evin tək oğlu olduğum üçün 20 yaşımda ailə qurdum. Evdə dedilər ki, evlənmək vaxtıdır. Mən böyüklərimə dedim ki, filankəsin qızını istəyirəm, onlar da aldı. Yəni istəyimin əksi olmayıb. Nə demişəmsə, o da olub. İndi övladlarım da mənim dediklərimə hörmətlə yanaşırlar. Onlar tərbiyəni evdən götürüblər”.