4565
19:14
12 Fevral 2020

Azərbaycan əsilli müğənni yenidən aşiq olub?


“Cocuqlar Duymasın” serialı ilkə populyar olan Azərbaycan əsilli Tamer Karadağlı 52 yaşında yenidən aşiq olubmu?

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki. Tamer Karadağlı keçən axşam Nişantaşdakı bir alış-veriş mərkəzindən qadınla bərabər çıxarkən görünüb.

Məlumata görə, Tamer Karadğlı və yanındakı sevgilisi olduğu iddia edilən İraz Yıldız böyük təşviş keçirib. Müxbirlərin suallarını cavabsız buraxan Tamer Karadağlı İraz Yıldıza “Sən maşına keç, mən gəlirəm” deyərək saxlama yerinin haqqını ödəməyə gedib.

Bundan sonra Tamer Karadağlı “Yanınızdakı xanım sevgilinizmi” sualına cavab verməyib. Karadağlı və yanındakı qadın sonra lüks maşınla oradan uzaqlaşıblar.

Gündəmə bomba kimi düşən xəbərdən sonra sosial şəbəkənin gündəmində olan İraz Yıldız çox marağa səbəb olub: “Iraz Yıldız kimdir, neçə yaşı var?. Iraz Yıldızın peşəsi nədir?” kimi suallar mediada çox müzakirə olunub.

Tamer Karadağlı və İraz Yıldızın 3 ay öncə sosial şəbəkə hesablarından birlikdə çəkilən şəkillərini paylaşmaları da diqqət çəkmişdi. Tamer Karadağlı paylaşımında “Gələcəyin starı İraz Yıldızla Antalyada çox güldük. Müthiş bir istedaddır. Adını çox eşidəcəksiniz”, - sözlərini yazmışdı.