2708
16:36
15 Fevral 2020

Hansı ölkədə daha çox şokolad yeyilir - İNANILMAZ STATİSTİKA

İsveçrədə hər vətəndaş ildə 8.8 kq şokolad yeyir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrədə qeydə alınan rəqəm dünyanın digər ölkələri ilə müqayisəolunmaz dərəcədə çoxdur.

İkinci yerdə gələn ölkə Avstriyadır ki, onu siyahıda Almaniya, İrlandiya və İngiltərə izləyir. Adıçəkilən ölkələrin hər biri üçün illik adambaşına düşən şokolad 7 kq təşkil edir.

Siyahıda ilk 13-lük Avropa ölkələrindən ibarətdir. Ancaq İspaniya və İtaliyada bu rəqəm fərqlidir - 3 kq.

Siyahıda digər qitələrdən qarşıya çıxan ilk ölkə Yeni Zelandiyadır. Bu ölkədə 2017-ci ilə görə, hər bir vətəndaş illik 5 kq şokolad yeyib. İllik 4.9 kq ilə Avstraliya da geri qalmır. Onunla eyni pilləni Danimarka və Çexiya bölüşür.

Ancaq uzaq şərqə doğru getdikcə üzə çıxan rəqəmlər inanılmazdır. Aparılan statistik araşdırma nəticəsində bəlli olub ki, Çində insanların il ərzində 100 qram şokolad yeyir.