1123
15:36
15 Fevral 2020

MSK-nın Mətbuat Qrupu 220-dən çox videogörüntünü araşdırıb


Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat Qrupu tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

APA-nn məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov bildirib.

Q. Orucov qeyd edib ki, bütün görüntülər hər bir dairə, məntəqə üzrə araşdırılıb: “Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər ümumilikdə 30 dairədə 116-nı məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır”.