2255
16:08
15 Fevral 2020

Azərbaycanda borclu olan 45 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi ötən gün ölkədə baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.

Nazirlikdən Lent.az -a verilən xəbərə görə, gün ərzində törədilən 36 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.