1854
15:58
15 Fevral 2020

Dəm qazından zəhərlənən qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi


Gəncədə dəm qazından zəhərlənmə olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Sadıqova Günel Hafiz qızı yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.