1518
13:46
17 Fevral 2020

Türkiyədə məktəbdə atışma: müdir güllələndi, sonra...

Ankaranın Etimesqut rayonunda yerləşən şəhid Velit Bektaş Anadolu liseyində silahlı insident baş verib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəbdə xidmətçi kimi çalışan Murad E. Ilə liseyin müdiri Şərafəttin Əli arasında naməlum səbəbdən mübahisə yaranıb.

Nəticədə Murat E. tapança ilə məktəb müdirini yaralayıb.

Məktəbə gələn polisin “Təslim ol” çağırışına əhəmiyyət qoymayan silahlı şəxs tapançanı başına dayayaraq intihara cəhd edib.

Hadisə ilə bağlı açıqlama verən Ankara valiliyi şagirdlərin məktəbdən təhlükəsiz təxliyyə olunduğunu deyib.

Hadisə ilə bağlı araşdırma başladılıb.