1483
16:49
17 Fevral 2020

Bakıda "Wolksvagen" aşdı, yol bağlandı - FOTO - VİDEO

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az -ın məlumatına görə, hadisə Zabrat-Sabunçu yolunun İkinci Zabrat yaşayış massivinin ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetməni itirən "Wolksvagen" markalı avtomobil işıq dirəyinə çırpılaraq aşıb. Hadisə yerinə yol polisi və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Qəza səbəbilə yolda sıxlıq yaranıb.