2124
19:25
19 Fevral 2020

Bakıda Beynəlxalq film festivalı keçiriləcək

Martın 4-dən 7-dək Bakıda ikinci İtaliya-Azərbaycan Beynəlxalq Film festivalı keçiriləcək.

Lent.az xəbər verir ki, festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu günü və gələcəyini təbliğ etmək məqsədi daşıyır.

Festival İtaliyanın Azərbaycandakı səfirliyi, “Imago Group” film istehsalı şirkəti, Venesiyanın Ca Foscari Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Cinema Plus” və “United Cultures”in birgə əməkdaşlığı çərçivəsində reallaşacaq.