5429
13:55
20 Fevral 2020

Əməkdaşımız Xalq artistinin Rusiyada yaşayan oğlunu tapdı

Azərbaycanın xalq artisti Hacıbaba Bağırovun oğlu Aleksandr Bağırov hazırda Rusiyanın Smolensk şəhərində yaşayır.

Bu barədə Lent.az -ın əməkdaşı Səbuhi Məmmədli məlumat verib. Onun sözlərinə görə, Aleksandr, xalq artistinin ilk xanımı, rusiyalı qadından olan oğludur.

A.Bağırov hərbçi olub və son olaraq Almaniya Demokratik Respublikasında xidmət edib. Sovet qoşunları həmin ərazidən çıxandan sonra Smolenskdə bizneslə məşğul olub. Sonradan biznesi iflasa uğrayıb və indi tikinti şirkətlərinin birində ekspeditor vəzifəsini yerinə yetirir.

A.Bağırovla geniş müsahibəni yaxın zamanlarda Lent.az -da oxuya biləcəksiniz. Onun hazırda 69 yaşı var.