16575
11:49
21 Fevral 2020

ATV rəhbərliyinə XƏBƏRDARLIQ: bu verilişə görə

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində baş verənlərə münasibət bildirib.

MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov APA -ya açıqlamasında bildirib ki, adıçəkilən verilişdə baş verənlərlə bağlı Şura sədri Nuşirəvan Məhərrəmli telekanalının rəhbəri ilə müzakirə aparıb.

“Müzakirə zamanı Şura sədri verilişlərdə bu cür halların yolverilməzliyini telekanal rəhbərinin diqqətinə çatdırıb”, - T. Dadaşov vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.