1966
14:00
22 Fevral 2020

Heydər Əliyev sarayında “Xonçalı Novruz gəlir”

Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları “Xonçalı Novruz gəlir” - Kosa və Keçəlin sərgüzəştləri adlı maraqlı, musiqili və əyləncəli nağıl tamaşa ilə sevindirəcək. Lent.az -ın məlumatına görə, martın 21-də Novruz bayramı münasibətilə sarayın səhnəsində möhtəşəm bayram konserti keçiriləcək.
Hər il olduğu kimi Novruzun sevilən personajları “Kosa” və “Keçəl” şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr barədə məlumat verəcək, müxtəlif oyunlar nümayiş etdirəcəklər.
Bundan başqa, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri izləyə biləcəklər.
Saat 13:00-da başlayacaq konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə etmək mümkündür.