3551
14:33
24 Fevral 2020

Faiq Ağayev küsülü olduğu Röyadan danışdı: "Medianın xəbəri yoxdur"

Xalq artisti Faiq Ağayev həmkarı Röya Ayxanla barışığından danışıb.

Lent.az -ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişində deyib:

“Barışıq üçün il, ay və saat gözləmək düzgün deyil. Kimdən sevgi cücərtisi, barışıq istəyi görürsənsə, şərt lazım deyil. Görüşüb barışırsan. Bizim aramızda buzlar olmayıb. Kiçik anlaşılmazlıq olub. Röya instaqramda mahnımı paylaşmışdı. Həmin gün Azad Şabanovun toyunda görüşdük, onu fəxri ad almağı münasibəti ilə təbrik etmişəm. Biz çoxdan barışmışıq, sadəcə medianın xəbəri yoxdur”.