1454
17:10
03 Mart 2020

Canəli Əkbərovun yubileyi keçiriləcək


Martın 10-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Canəli Əkbərovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Mədəniyyət Nazirliyindən APA -ya verilən məlumata görə, gecədə xanəndənin həyat və yaradıcılığından söz açılacaq, muğam sənətinin inkişafındakı xidmətlərindən danışılacaq.

Tədbir çərçivəsində tanınmış xanəndələrin iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Konserti Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək.