1426
14:34
05 Mart 2020

Ərdoğan Rusiyadadır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə , Türkiyə liderinin təyyarəsi bu dəqiqələrdə Moskvanın Vnukovo hava limanına enib.

Qeyd edək ki, bu gun Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Görüşdə Suriyanın Idlib əyalətindəki vəziyyət müzakirə olunacaq.

Görüşün yekunları ilə bağlı liderlərin birgə mətbuat konfransı keçirməyi da planlaşdırılır.