2895
16:25
05 Mart 2020

“Koronavirus bu ölkənin bioloji silahı ola bilər” - İDDİA

“Yeni tip koronavirus ABŞ-ın bioloji silahı ola bilər”.

APA-nın İSNA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Hüseyn Salami deyib.

SEPAH-ın komandanı qeyd edib ki, əgər bu, ABŞ-ın əməlidirsə, Amerika xalqına da təsir edəcək və əks təqdirdə koronavirusun yayılması dayandırılacaq.