707
19:50
05 Mart 2020

“İdlibdə Türkiyənin özünümüdafiə haqqı var” - ABŞ rəsmisi


“İdlibdə Türkiyənin özünümüdafiə haqqı var”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

M. Pompeo bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının baş tutduğunu xatırladıb.

ABŞ Dövlət katibi bu gün Moskvada Rusiya və Türkiyə liderləri arasında aparılan danışıqları şərh etməyib.