112707
12:29
06 Mart 2020

Canlı yayımda DAVA - Elza, Mətanət, Manaf: "Ulaq sənsən" - VİDEO

Əməkdar artist Elza Seyidcahanla müğənni Manaf Ağayev və Mətanət Əsədova arasındakı qalmaqal pik nöqtəyə çatıb.

Lent.az -ın məlumatına görə, E.Seyidcahan “Hər şey daxil” verilişinə zəng edərək, M.Ağayev və M.Əsədova barəsində tənqidi fikirlər səsləndirib.

“Bəsdirin də, hamımız bilirik ki, söhbət nədən gedir. Mən gözləyirdim ki, o iki sənətkar danışmazlar, sənət göstərərlər. Danışdıqca özünüzü suçlu çıxarırsınız. Elə bil ki, Azərbaycan musiqisinə virus gəlib, siz də o virusa düşürsünüz. Manaf mənə kimisə məsəl çəkir (Nazpəri Dostəliyevanı nəzərdə tutur - red.) Xahiş edirəm ki, o insanla mənim adımı yanaşı çəkməyin. Çünki elə adamlarla adım hallananda xəcalət çəkirəm. Mən o insanın müəllimi olanda, o mənim ən pis tələbəm olub. Onda siz heç nağara da çalmırdınız. Sonra siz gəlib müğənni oldunuzz. Mən həm xanımlar xanımı, həm də kişilər kişisiyəm. Siz mənimlə harada danışmaq istəyirsinizsə, problem yoxdur. Hara istəyirsinizsə, ora da gələrəm.

Mətanət birinci mahnı oxudu. “Yalan dünya” adlı mahnı. Sözləri belə idi: "Atları qoyduq, ulaq yerində dayandıq. Özü öz cavabını verdi. Özü at yerində ola-ola, ulaq yerində olmağını istəmirəm”.

Elzanın sözlərini M.Əsədova yarımçıq kəsib:

“Ay qız, bir dəqiqə. Danışma, dəstəyi yerə qoy. Ulaq da sənsən. Onun səsini kəsin, yoxsa mən burdan durub gedəcəm. Elza, sən məni heç kimlə səhv salma. Sən ehtiyatlı ol. Ayıb olsun sənə. Bəstəkar adı almısan, o da sənə haram olsun. Yekə qadınsan, utanmırsan? Ulaqdan, atdan danışırsan. O kimdir ki, məndən danışır? Mən Elzayam? Mən Mətanət Əsədovayam. Hələ ki səni ulaq yerinə qoyurlar, çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Mənimlə şəxsi ədavətin varsa, Manafı bura qatma. Çaşma”.

Qeyd edək ki, sonda Mətanət Əsədovanın sözləri yarımçıq kəsilib, veriliş reklama ayrılıb.