1645
17:29
06 Mart 2020

Azərbaycan Kinostudiyasının direktoru vəzifəsindən azad olundu

Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Cəmil Quliyev vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, Mədəniyyət naziri Əbülfəs Qarayev əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan Kinostudiyasının direktoru vəzifəsinin icrası Salnamə Film Studiyasının direktoru Nazim Hüseynova həvalə olunub.

Mədəniyyət Nazirliyinin mətbuat xidməti APA-ya məlumatı təsdiqləyib.