5579
11:28
07 Mart 2020

Elza bu dəfə Mətanətə NƏLƏR DEMƏDİ: "Eşşək..." - QALMAQL BÖYÜDÜ

Əməkdar artist Elza Seyidcahan ötən gün canlı efirdə həmkarları Manaf Ağayev, Mətanət Əsədova ilər arasında yaşanan qalmaqala münasibət bildirib. Lent.az -ın məlumatına görə, E.Seyidcahan bu sözləri vurğulayıb:

"Mən bu gün Manaf müəllimi gözlədim ki, gələr bu sənət müzakirəsini xoşagəlməz notların üzərindən silər. Elə ona görə mən bu gün "Hər şey daxil" verilişinə zəng etdim ki, çox dəyərli aparıcımız Tarix Əliyev, hər dəfə dünya azərbaycanlılarının deyərdim, geniş, gözəl müzakirəsinə səbəb olacaq dərəcədə apardığı verilişə məni canlı qoşsun ki, sənət gerçəklərinin çalarlarını bir daha onlara anladım. Çünki gözəl bir müzakirəyə səbəb olacaq mövzu açılmışdı. Ancaq uzun zamandır efirdən davranışına görə uzaqlaşdırılan, həyatda mənə böyüyümsən, "siz" deyə müraciət edən, efirdən isə mənə "sən" deyən özünü "2 - ci - "Zeynəb" adlandıran, repertuarı çox kasıb və acınacaqlı olan birisi, müzakirəmizi küçə söhbətinə gətirdi. Buna görə də Xəzər Televiziyasının kollektivindən, aparıcı Tarix Əliyevdən, başda çox hörmətli, dəyərli rəhbəri Murad Dadaşovdan üzür istəməyi özümə borc bilirəm. Murad bəy, gəlişinizin ilk günündə sizə və kollektivinizə narahatçılıq gətirdik. Üzürlü sayın. Eşşəyə minəndə lovğalanan, ata minsə, ağlı çaşar”.

Qeyd edək ki, E.Seyidcahan ötən gün “Hər şey daxil” verilişinə zəng edərək, bu sözləri demişdi: “Mətanət birinci mahnı oxudu. “Yalan dünya” adlı mahnı. Sözləri belə idi: "Atları qoyduq, ulaq yerində dayandıq. Özü öz cavabını verdi. Özü at yerində ola-ola, ulaq yerində olmağını istəmirəm”.

Elzanın sözlərini isə M.Əsədova yarımçıq kəsmişdi:

“Ay qız, bir dəqiqə. Danışma, dəstəyi yerə qoy. Ulaq da sənsən. Onun səsini kəsin, yoxsa mən burdan durub gedəcəm. Elza, sən məni heç kimlə səhv salma. Sən ehtiyatlı ol. Ayıb olsun sənə. Bəstəkar adı almısan, o da sənə haram olsun. Yekə qadınsan, utanmırsan? Ulaqdan, atdan danışırsan. O kimdir ki, məndən danışır? Mən Elzayam? Mən Mətanət Əsədovayam. Hələ ki səni ulaq yerinə qoyurlar, çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Mənimlə şəxsi ədavətin varsa, Manafı bura qatma. Çaşma”.