1110
17:50
07 Mart 2020

"Ən yaxşı hücumçu olmaq üçün titullara ehtiyacım yoxdur"

"Mən hücumçuyam. Buna görə də öz mövqeyimi müdafiə edəcəyəm. Ən yaxşı hücumçu olmaq üçün titullara ehtiyacım yoxdur".

Bu sözləri "Arsenal"ın futbolçusu Pier-Emerik Obameyanq deyib. O, ən yaxşı oyunçu seçilməsi üçün titulların elə də vacib olmadığını vurğulayıb:

"Əlbəttə ki, kuboklar kömək edə bilər. Ancaq kubok qazanmayan çoxlu yaxşı futbolçular görmüşük. Onların oyun keyfiyyətlərinə hörmətlə yanaşırıq. Titullara ehtiyacınız yoxdur. Onları qazanandıqca yalnız sayı bir qədər artır".

Qeyd edək ki, P.E. Obameyanq bu mövsüm 25 matça çıxaraq 17 qol vurub və 2 qolun ötürməsini verib. /qol.az