2833
11:13
09 Mart 2020

Xalq artisti uzun yarıqlı libasda - FOTOLENT


Xalq artisti Aygün Kazımova yenidən obyektiv qarşısına keçib.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, müğənni çəhrayı, uzun yarıqlı libasla pozlar verib.

Kazımova yeni fotolarını İnstaqram izləyiciləri ilə bölüşərək, bu şeiri qeyd edib:

"Hansı söz təsvir edər, zərif vücud içindəki o böyük, dağ kimi gücü... Hansı ad ifadə edər, baxışında min bir məna olan dərin dərya gözü? Yaşadığı tufanları bir özü bilər... Bütün sözlər aciq qalar, onun varlığı mübarək. Hər gün doğular günəş tək, həm isidər, həm yandırar, günəş tək. Bir söz yetər... Qadın, qadın... Bayramınız mübarək, əziz xanımlar".