741
10:01
10 Mart 2020

Son 11 ildə ilk dəfə neftə olan tələbat 90 min barel azalacaq

Qlobal neft tələbatı 2009-cu ildən etibarən ilk dəfə illik müqayisədə gündəlik 90 min barel azalacaq.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) mart ayı hesabatına istinadən verdiyi məlumata görə, yayılmış koronavirus səbəbindən agentlik qlobal neft tələbatı ilə bağlı baza proqnozunu sutkada 1,1 mln. barel azaldıb. Hesabata görə, vəziyyətin qeyri-stabil qaldığı halda, qlobal neft tələbatının cari il ərzində son 10 ildə ilk dəfə olaraq ilboyu azalacağı gözlənilir.

IEA bunun səbəbləri kimi 2019-cu ildə qlobal neft tələbatının 80%-dən çoxunu təşkil edən Çində tələbatın azalmasını və koronavirusla bağlı səyahət və ticarətdə yaranan maneələri göstərir.

Qeyd edək ki, hazırda "Brent" markalı neftin qiyməti 36,94 dollar, WTI markalı neftin 1 barelinin dəyəri isə 33,38 dollar təşkil edir.