428
22:08
10 Mart 2020

Gürcüstanda daha 8 nəfər koronavirusa yoluxdu


Gürcüstanda daha 8 nəfərdə koronavirusa yoluxma təsdiqlənib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet saytında məlumat verilib. Bununla da ölkədə virusa yoluxanların sayı 23-ə çatıb.

Qeyd edək ki, hazırda Gürcüstanda 126 nəfər karantində saxlanılır, 46 nəfər isə stasionar nəzarətə götürülüb.