575
01:13
11 Mart 2020

Gürcüstanda bir ailənin beş üzvü koronavirusa yoluxub

Gürcüstanda bir ailənin beş üzvü koronavirusa yoluxub. APA -nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi İnfeksiyon Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsersvadze bildirib.

Onun sözlərinə görə, yoluxanlardan biri 12 yaşlı uşaqdadır. Bildirilib ki, İtaliyadan qayıdan ailə fevralın 28-dən etibarən izolyasiya şəraitində qalıb və bu gün aparılan analizlər nəticəsində virusa yoluxduğu müəyyən edilib.

Qeyd edək ki, bu gün Gürcüstanda daha 8 nəfərdə koronavirusa yoluxma təsdiqlənib. Bununla da ölkədə virusa yoluxanların sayı 23 nəfərə çatıb.