598
05:24
11 Mart 2020

Təxribata əl atan erməni hərbçi məhv edildi

Ermənistan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu təmas xəttində təxribat törətmək istəyərəkən məhv edilib.

APA xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti hərbçinin öldüyünü təsdiqləyib.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü sıravi Zohrab Sianosyan martın 10-da sinə nahiyəsindən aldığı güllə yarasından ölüb.