335
09:26
11 Mart 2020

Ağstafada ikimərtəbəli ev yandı

Ağstafada ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a daxil olan məlumata görə, rayon ərazisində ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.