519
10:18
11 Mart 2020

Azərbaycanda pəncərədən yıxılan uşaq öldü

Abşeronda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az -ın məlumatına görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsindəki "Yeni Bakı" yaşayış kompleksində qeydə alınıb.

Orada yaşayan, autizm sindromlu, 7 yaşlı Ə.Məmmədov yaşadığı binanın 6 mərtəbəsindəki mənzilin yataq otağının pəncərəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma başlanılıb.