227
11:37
11 Mart 2020

“YARAT”da - “Potensial dünyalar 1: Planetimizlə bağlı xatirələr” sərgisi

“YARAT” Müasir İncəsənət Mərkəzində “MIGROS” muzeyi ilə birgə əməkdaşlıq çərçivəsində ekologiya mövzusunu geniş əhatə edən sərgi təşkil edilib.

“YARAT”dan Lent.az -a bildirilib ki, “Potensial dünyalar 1: Planetimizlə bağlı xatirələr” adlı sərgi insan və təbiət arasındakı əlaqələri araşdırır. Hər iki sərgidə təqdim olunan əsərlər insanın planetə təsirini öyrənir və Yer kürəsində gələcək həyatın mümkün ssenarilərini təsvir edir. Sərginin kuratorları Hayke Munder (“Migros Museum für Gegenwartskunst”un bədii direktoru) və Suad Qarayeva-Malekidir (“YARAT” Müasir İncəsənət Məkanının bədii direktoru). Sərgi may ayının sonuna kimi davam edəcək. Sərginin ikinci hissəsi, “Potensial Dünyalar 2: Eko-fantaziyalar” isə Sürix Qalereya Həftəsi sonunda və “Art Bazel” ərəfəsində təqdim olunacaq. Adı çəkilən bu sərgi, birinci sərgidə toxunulan məsələlərə yeni həyat və cəmiyyət formalarının spekulyativ tədqiqində, eləcə də insanların qabaqcıl post-insani texnologiyalar dövründə oynadığı daim dəyişən rollarda əsaslanacaq.

Daha sonra, adı çəkilən hər iki sərgi Bakıda, “YARAT” Müasir İncəsənət Mərkəzində açılacaq.