565
19:19
11 Mart 2020

Bakıda qadına qarşı soyğunçuluq

Bakı şəhər sakini S.Babayevanın içərisində 630 manat pulu, mobil telefonu, şəxsiyyət vəsiqəsi və təqaüd kartı olan çantası soyğunçuluq yolu ilə əlindən alınıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş E.Qədirov və Xocalı rayon sakini T.Paşayev saxlanılıblar.