259
15:19
11 Mart 2020

Bu ölkədə bütün yarışlar ləğv edildi - koronavirusa görə

Qazaxıstanda koronavirus təhlükəsi ilə əlaqədar vacib qərar qəbul edilib.

Lent.az -ın məlumatına görə, bu ölkədə bütün kütləvi idman tədbirləri ləğv edilib.

Qərarın hansı müddətə qədər qüvvədə qalacağı açıqlanmayıb.

“Bəli, doğru xəbərdir. Başqa variant yox idi. Buna görə də, bütün idman tədbirlərini təxirə salmağa qərar verdik”, - Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin İdman və Bədən Tərbiyəsi Komitəsinin mətbuat katibi Rauxan Tuqumbayeva bildirib.