850
16:09
11 Mart 2020

FHN rəhbərliyinin bölgələrdə vətəndaşların qəbulu vaxtı dəyişdi

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən Bərdə şəhərində, nazir müavinləri Ragim Lətifov tərəfindən Tərtər şəhərində, Orucəli Hacıyev tərəfindən Ağcabədi şəhərində martın 13-də keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, qəbulun vaxtı martın 31-nə təyin edilib.