145
17:02
11 Mart 2020

Külli miqdarda siqaret və spirtli içki gömrükdən buraxılmadı

Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes Benz C180" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı avtomobilin yük yerində və salonunda 16 800 ədəd müxtəlif markalı siqaret, 8 ədəd 1 litrlik "Nemirovskaya" markalı spirtli içki, hər birində 10 ədəd olmaqla 27 qutu üzərində "Glass Products" yazılan telefon aksessuarları aşkarlanıb.