489
16:27
11 Mart 2020

Həkim koronavirusdan öldü - İtaliyada

İtaliyada koronavirusdan ilk həkim ölümü qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə ANSA agentliyi məlumat yayıb

Bildirilib ki, İtaliyanın Varese vilayətinin həkimlər ittifaqının sədri, Lombardiyadan olan terapevt Roberto Stella koronavirusdan ölüb.

Məlumata görə, həkimin 67 yaşı olub. O, ağciyər çatışmazlığı ilə Komo şəhərində xəstəxanaya yerləşdirilib.

Ümumilikdə İtaliyada koronavirusdan ölənlərin sayı 631-ə çatıb.