123
19:23
11 Mart 2020

Bakı paxlavası necə hazırlanır? – Usta sirlərini açır: Lent.az-ın Mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik. Bayram ərəfəsi olduğundan bu gün Azərbaycan Kulinariya Mərkəzinin jurnalına istinadən Bakı Paxlavasının necə hazırlanmasını təqdim edirik.

Lazım olan ərzaqlar:

Əla növ buğda unu 240 qram

Ərinmiş yağ 60 qram

Üzlü süd- 80 qram

Yumurta – 1 ədəd

Maya – 8 qram

Təmizlənmiş badam və ya qoz ləpəsi -200 qram

Şəkər tozu -200 qram

Zəfəran -0,4 qram,

Vanilin – 0,2 qram,

Bal -20 qram

Əvvəlcə xəmir yoğrulur. Daha sonra 0,5 mm qalınlığında yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib üstünə 3-4 mm qalınlığında iç tökülür.

İçliyin üstünə ikinci xəmir qatı salınır. Yağ sürtülür və yenidən içlik tökülür. Bu qayda ilə 8-10 qata kimi davam etdirilir.

Sonra paxlava 10?4 sm ölçüdə romb şəklində kəsilir. Üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı sürtülür.

Hər paxlavanın ortasına yarım ləpə yaxud püstə qoyulur.

Paxlava 180-200 C –də 35-40 dəqiqə bişirilir.

Hazır olmağına 15 dəqiqə qalmış üstünə şərbət və ya bal tökülür.

Nuş olsun.